Sabah bu rayonlarda qaz olmayacaq

“Xırdalan” QPS-də “BMSK(Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR