HƏMAS-ın maliyyələşdiyi banka hücum edildi

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzza zolağında fəaliyyətini maliyyələşdirmək üçün istifadə etdiyi banka zərbə endirib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, cavab hücumları çərçivəsində gecə saatlarında "HƏMAS" və "Cihad"a aid hərbi hədəflərə hücum edib.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla təxminən saat 6:30-da HƏMAS silahlıları müxtəlif hesablamalara görə, Qəzza zolağından İsrailə 2,5 mindən 5 minədək raket atıb, sonra isə ölkənin sərhəd bölgələrinə daxil olaraq, yüzlərlə əsir götürüblər. Hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Bildirilib ki, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Buna cavab olaraq İsrail hələ də davam edən hərbi əməliyyata başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı