"TikTok" Azərbaycanda həmişəlik bağlanıb? - AÇIQLAMA

"Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz "TikTok"a girişin hələ də bərpa edilməməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatandır. Lakin bu sosial şəbəkə platformasına girişin hələ də bərpa edilməməsi VPN-dən isitfadə edənlər üçün təhlükəlidir:

"Bununla belə, xatırladıram ki, hazırda istifadəçilərin əksəriyyəti VPN texologiyadan yaralanmaqla bu resursdan sərbəst istifadə edirlər. Antiterror tədbirləri başa çatandan sonra ölkəmizdə TikTok -a girişin bərpa edilməməsi düşündürücüdür. Düşünürəm ki, səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir. Xüsusilə də, VPN -lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır"

O bildirib ki, hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı: "TikTok-un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı. Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda TikTok -un rəhbərini də başda oturdublar. Xatırladıram ki, Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı video materialların yaradılması üçün, bu resursdan marketinq və biznes məüsədilə istifadəni stimullaşdırmaq üçün TikTok Qazaxıstana böyük vəsaitlər ayırır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı