HƏMAS-ın hücumu zamanı 196 əcnəbi vətəndaş həlak olub

İsrail hökuməti HƏMAS-ın hücumları nəticəsində ölkəsində ölən xarici vətəndaşların sayını açıqlayıb.

Metbuat.az xəbər verir ki, siyahıya görə, ümumilikdə, 40 fərqli ölkədən 196 nəfər müharibə zamanı həlak olub.

Daha 91 nəfər zərər çəkib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı