"Bavariya"nın mərakeşli futbolçusu Noussair Mazraoi sosial media hesabında Fələstinə dəstək mesajı paylaşıb.
Metbuat.az xəbər verir ki, Mazraoinin Fələstinlə bağlı paylaşımı etirazlara səbəb olub. Almaniyanın Xristian Demokrat Birliyinin deputatı Yohannes Ştayqer futbolçunun klubla əlaqəsinin yekunlaşdırılmasını və deportasiya edilməsini tələb edib. Başqa dairələrdən də futbolçuya etirazlar səsləndirilib.
Mazraoi "Bild" qəzetinə verdiyi açıqlamada “Özümü və müdafiə etdiyimi izah etmək məcburiyyətində qalmağım həqiqətən məyusedicidir. Orada elə bir vəziyyət var ki, minlərlə günahsız insan öldürülür. Mənim mövqeyim budur ki, mən bu dünyada sülh və ədalət üçün çalışacağam. Bu o deməkdir ki, mən terrorizmin, nifrətin və zorakılığın bütün növlərinə qarşı olacağam” deyə bildirib.
Qeyd edək ki, “Bavariya” klubu hələlik məsələ barədə açıqlama verməyib.