Şahramanyan 19 sentyabrda rəsmi Bakıdan bunu istəyib

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

    Şahramanyan, Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib.

    Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib.

    Qeyd edək ki, antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

    Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR