Braziliya və Argentina milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
Metbuat.az-ın məlumatına görə, son dünya çempionları Perunun qonağı olub. "Tanqoçular" Lionel Messinin 32 və 42-ci dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazanıb. "Sambaçılar" isə səfərdə Uruqvaya eyni hesabla yenilib. Meydan sahiblərinin heyətində 42-ci dəqiqədə Darvin Nunyes, 77-ci dəqiqədə Nikolas de la Kruz fərqlənib. Bu nəticələrdən sonra Argentina 12 xalla liderliyini davam etdirir. Braziliya 7 xalla 2-4-cü yerləri bölüşdürür.