“Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir".
Metbuat.az xəbər verir ki, bunu TASS Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışı təxribat kimi dəyərləndirilir:
"Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar", - deyə Moskvadakı yüksəkrütbəli mənbə bildirib.