Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilmə riski var - Lavrov

"Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilmə riski yüksəkdir"

Metbuat.az xəbər verir ki, bunu Şimali Koreyada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya münaqişənin səbəblərini İranın üzərinə atmaq cəhdlərini kifayət qədər təxribat xarakterli addım kimi qiymətləndirir:

"İnanıram ki, İran rəhbərliyi kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur. Bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı