Əhalinin nəzərinə - DİN xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) saxta kredit elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Sürətli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin.

Belə saxta və imitasiyalı linklərə tıklamayın!

Şəxsi və kart məlumatlarınızı paylaşmayın!", - məlumatda vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı