Lənkəranda balıq tutan şəxs faciəvi şəkildə vəfat etdi

Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini elektrik cərəyanı vurub.

Metbuat.az Apa.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini 1996-cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında, Girdəniçayda balıq tutmaq istəyib.

Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN- nin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı