İsrail quru əməliyyatına başlasa, bu ölkələr də münaqişəyə qoşulacaq - Səfir

"İsrail quru əməliyyatına başlasa, Misir, İordaniya və Livan şübhəsiz ki, münaqişəyə cəlb olunacaq"

Metbuat.az TASS-a agentliyə istinadən xəbər verir ki, bunu Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl deyib. O, İsrailin Qəzzada quru əməliyyatı başlamaq qərarını şərh edib:

"İsrailin Qəzza zolağında quru əməliyyatına başlamaq qərarı böyük səhvdir. Fələstinlilər İsrailin quru əməliyyatına başlaması ilə bağlı bəyanatlara baxmayaraq, öz torpaqlarını tərk etmək niyyətində deyillər. İsrailin Qəzza zolağında quru əməliyyatına başlaması ilə Misir, İordaniya və Livan şübhəsiz ki, münaqişəyə cəlb olunacaq", - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı