ABŞ və İsrail Qəzza zolağında müvəqqəti hökumət yaratmağı planlaşdırır - KİV

ABŞ və İsrail Qəzza zolağında müvəqqtəi hökumətin yaradılması variantını müzakirə edir.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr yazır ki, HƏMAS sıxışdırıldıqdan sonra ABŞ və İsrail rəsmiləri Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi və ərəb hökumətlərinin iştirakı ilə bu addımı müzakirə etmək istəyir. Müzakirələr hələ ilkin mərhələdədir və danışıqlar davam edir.

Həmçinin qeyd edilir ki, müvəqqəti hökumətin yaradılması ilə bağlı məsələ İsrailin quru hücumundakı nəticələrindən asılıdır.

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı