“Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Bakıda səfərdə olan İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibi Acun İlıcalı ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib. O, səmimi keçən görüşdə klublar arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdiklərini vurğulayıb.