Bakının bir sıra yollarında tıxac yaranıb.
Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
9. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.