Britaniya parlamentində Azərbaycanla bağlı bu məsələ qaldırılıb - RƏSMİ

Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya Parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş və dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.

Bu barədə Metbuat.az-a Azərbaycanın Britaniyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, sualı cavablandıran dövlət naziri Britaniya hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon fund sterlinq vəsaitin ayrıldığını qeyd etmiş və yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan hökuməti ilə müzakirələrin aparıldığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı