Tanınmış aparıcı Aysel Teymurzadə ilə görüntüsünü paylaşdı - FOTO

Türkiyədə yaşayan tanınmış aparıcı Nurlana Cəfərova Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadə ilə olan fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, o, Aysellə 20 ildir rəfiqə olduğunu qeyd edərək fotoya bu sözləri əlavə edib:

"Elə insanlar var ki, onlar sənin uşaqlığının, gəncliyinin, indiki halının şahididir. Həyatınızda olan heç kim təsadüfi deyil. Əsl dostluqlar sınanan dostluqlardır. Biz o sınaqları "5+" ilə keçmişik. 20 illik dostum, rəfiqəm, bacı dediyim insan. Özü gözəl, qəlbi gözəl, səsi gözəl Aysel Teymurzadə".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR