Noyabrın ən xoşbəxti bu bürc olacaq - Pul, şans...

Astroloqlar noyabr ayının ən xoşbəxt bürcünü açıqlayıblar.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, Qız bürcünün nümayəndələri üçün noyabr ayı xoşbəxtlik və firavanlıq dövrü olacaq.

Uğurlarının başlanğıcını maliyyə və sevgi hisslərini onlara Venera planeti verəcək. Venera Qız bürcündən keçidini tamamlayacaq. Bu da Qız bürclərini şəxsi münasibətlər sferasında çiçəklənməyə aparacaq. Qadınlar daha da cazibədar olacaqlar, kişiləri isə əks cinsin nümayəndələrini cəlb edəcək günlər gözləyir. Həmçinin Qızlar ailə münasibətlərini daha da möhkəmləndirəcəklər.

Karyera sahəsində də Qızlar üçün hər şey yaxşı gedəcək. İşgüzar səfərlər mümkündür. Bundan imtina etməməlisiniz. Bu səfərlər zamanı köhnə əlaqələr təzələnəcək və yeni əlaqələr yaranacaq. Bu da ilin sonuna qədər gələcək böyük gəlirlərə faydalı təsir göstərəcək.

Noyabr ayında Qız bürcləri böyük alış-veriş etmək və ya yeni evə köçmək qərarına gələ bilər. Əmanətlər və pul qəbzləri onların ən çılğın arzularını həyata keçirmək üçün kifayət edəcək.

Astroloqlar xəbərdarlıq edir ki, məqsədinizə doğru irəliləmək, ətrafdakıların fikirlərini önəmsəməmək vacib faktorlardan biridir. Mülayimlik və təmkinlə daha çox şey əldə edəcəksiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR