Oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində "Mercedes”in sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu ölüblər.
"VAZ-2106"-nın sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalar aparılır.