Türkiyə Cümhuriyyətin 100-cü ildönümünü qeyd edir - FOTO

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ölkənin 81 vilayətində möhtəşəm tədbirlərlə qeyd olunur. Xüsusilə paytaxt Ankara və İstanbul 29 Oktyabr – Cümhuriyyət Günündə möhtəşəm proqramlara ev sahibliyi edib.

Metbuat.az xəbər verir ki, əlamətdar gün münasibətilə Türkiyə Prezidenti Administrasiyasının binasında təşkil olunan “Cümhuriyyətin 100-cü ildönümündə 100 nəhəng yağlı boya əsəri” sərgisini ziyarət edən ölkə başçısı Rəcəb Tayyib Ərdoğan burada təbrikləri qəbul edib.

Ankaradakı rəsmi tədbirlər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Birinci Parlament Binasında Qurtuluş Müharibəsi Muzeyini ziyarəti ilə davam edib.

İlk məclisin binasında böyük öndər Qazi Mustafa Kamal Atatürkün 1923-cü il oktyabrın 29-dakı çıxışı səsləndirilib, TBMM-in sədri buradakı xatirə dəftərini imzalayıb.

Paytaxtda keçirilən rəsmi bayram tədbirləri rəsmi hərbi keçid və Mehtərən Qrupu, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin hərbi orkestrlərinin birgə ifasında “İstiqlal”, eləcə də digər marşlardan ibarət konsert proqramı ilə davam edib.

Türkiyə Böyük Millət Məclisinin binası qarşısında başlayan “Cümhuriyyətimizin 100-cü İli” paradında 16 türk dövlətini təmsil edən bayraqlar nümayiş olunub.

Bayram tədbirləri çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin “SOLO türk” akrobatikaviasiya komandası Anıtqəbir üzərində nümunəvi uçuşları edib.

Daha bir bayram təbriki “Baykar” şirkətindən gəlib. Şirkətin istehsalı olan doqquz “Akıncı” pilotsuz uçuş aparatı (TİHA) və “Kızılelma” pilotsuz hərbi təyyarə ölkə səmalarında uçuş edərək türk bayrağını çəkib.

Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə ölkədə keçirilən rəsmi tədbirlər İstanbulda davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı