Xırdalan və Masazıra metro çəkiləcək? - RƏSMİ AÇIQLAMA

Bu gün metroya ən çox təlabatın olduğu yerlərdən biri də sözsüz Xırdalan şəhəridir və Masazır rayonudur. Paytaxta yaxın yerdə yerləşməsi, üstəlik buradakı evlərin nisbətən ucuz olması əhalinin sözügedən ərazidə daha çox məskunlaşmasına səbəb olur. Bundan əlavə son zamanlar həmin ərazidə yaşayan vətəndaşların da sayında artım müşahidə olunur.

Bu göstəriciləri əsas götürdüyümüz təqdirdə, yaxın gələcəkdə sözügedən ərazidə metro xəttinin istifadəyə verilməsi planlaşdırılırmı?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, Masazır və Xırdalan istiqamətlərinə metro stansiyasının çəkilməsi planlaşdırılmır:

“Bakı Metropoliteni inşaat işlərinə kompleks şəkildə yanaşır və Bakının Baş Planına uyğun uzlaşdırma aparır. Masazır istiqamətinə ümumihyyətlə metro planlaşdırılmır. Yəni layihədə yoxdur. Maksimal olaraq bənövşəyi xəttin istiqaməti hazırda Xocaəsənə qədər olandır. Hazırda həmin xətdə şərti adı “B4” olan stansiya üzü şəhərə doğru inşa olunur”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, həmin istiqamətdə metro stansiyalarının olması tıxac probleminə müsbət təsir edə bilər:

“Ümumiyyətlə metro stansiyasının artırılması hər yerdə tıxaclara təsir edə bilər. Bütün istiqamətə nəzərdə tutulan plan üzrə layihələr var və bu layihələr illər öncə təsdiqlənib. İndi müzakirələr gedir, çünki həmin istiqamətlərə əhalinin yaşayışı kütləviləşir. Bizim başlıca problemimiz odur ki, biz şəhərsalmanı, məskunklaşmanı əvvəlcədən planlaşdıra bilmirik və nəticədə isə onun əziyyətini çəkirik. Buna görə də 10 il əvvəl planlaşdırsaydılar ki, vaxt gələcək Xırdalan, Masazır və Sulutəpə kütləvi yaşayış məntəqəsinə çevriləcək, o zaman oranın nəqliyyat kommunikasiyasını qoruyardılar”.

Ekspert qeyd edib ki, bu gün həmin istiqamətdə heç bir addım atmayıblar və bu gün kütləvi məskunlaşma yaranandan sonra məlum olub ki, nəqliyyat lazımdır. Onun sözlərinə görə nəqliyyatın sistemini əvvəlcədən qurmaq lazımdır: “İndi Sulutəpə qəsəbəsinə getsəka, görərik ki, kütləvi yaşayış var, amma küçədə maışnların əlindən hərəkət etmək mümkün deyil. Heç olmasa bu qəsəbələrin içinə avtobus, mikroavtobus girə bilmirsə, ən azından metro, tranvay və ya elektrik qatarları kimi ictimai nəqliyyat növləri çəkilsin”.

Metro şəbəkəsi çox zəif inkişaf edib. Nə vaxt sual verilsə, deyirlər ki, yaxşı olacaq. Amma görünən odur ki, yaxşı olmur. Metronun təsdiq olunmuş planına görə, ən azı Bakıda 70 stansiya olmalıdır. Amma bunun hazırda 27-si var. Bunun da təxminən 5-6-sı son illərdə tikilib. Müstəqillik dövrendən bəri cəmi 5-6 metro stansiyası tikmək sadəcə biabırçılqdır – deyə Elməddin Muradlı əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı