Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait açıqlandı

3 il ərzində, yəni bu ilin sonuna yaxın 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ilkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulmuşdu: “Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutulmuşdu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb. Ona görə də dövlət büdcəsində hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında ziddiyyət təşkil etmədiyi təqdirdə azad olunmuş ərazilərin bərpasına ynəldiləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı