Moldova MDB və onunla əlaqəli təşkilatlara üzvlük haqlarının ödənilməsini dayandıracaq.
Metbuat.az xəbər verir ki, 2024-cü il üçün ölkənin büdcəsi haqqında qanun layihəsinə əsasən, Moldova hökuməti aprel ayında MDB çərçivəsində bağlanmış sazişlərin əksəriyyətini rəsmən ləğv etmək niyyətində olduğunu bəyan edib.
“Hökumət MDB-ni illik üzvlük haqqı ödənilən təşkilatlar siyahısından çıxaracaq. Qərar Moldovanın MDB platformasında yaradılmış təşkilatlarda iştirakla, habelə beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı tətbiq etdiyi bank sanksiyaları ilə bağlı bir sıra sənədləri denonsasiya etməsi ilə əlaqədar qəbul ediləcək”, - deyə Moldovanın Maliyyə Nazirliyi məlumat yayıb.