İllərdir küsülü olan Xalq artistləri Faiq Ağayev və Tünzalə Ağayeva bir araya gəliblər.
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, müğənnilər tədbirlərin birində yer alıblar. Hətta Tünzalə və Faiq birlikdə foto da çəkdiriblər.
Şəkli Xalq artisti Nəzakət Teymurova sosial şəbəkə hesabında yayımlayıb.
Qeyd edək ki, ifaçılar uzun illərdir küsülüdür. Buna səbəb isə Faiqlə Tünzalənin birincilik mübahisəsi olub. Ağayevanın çəkdirdiyi animasiya klipinə "bir ilk" deməsi Faiqi əsəbiləşdirmişdi. Tünzalənin "Bu, əsl əl işidir. Hər işə animasiya deyəcəksinizsə, bizim işimizin dəyərini tökəcəksiniz" sözlərinə Faiq "Onun ilkini tək Azərbaycanda yox, Qafqazda və Asiyada mən etmişəm" - cavabını verib.