Nazir qarşıda duran əsas vəzifələri açıqladı

Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir vurğulayıb ki, qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə divident ödənişinin edilməsini aşılamaqdır.

“Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin ötən il cəmi əməliyyat mənfəətliliyi 15 milyard manatı keçib. Hansı ki, bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə dividend ödənişi artıq nəzərdə tutulub. İnanırıq ki, növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bu istiqamətdə işlər davam etdirilir”, - deyə nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı