Azərbaycan millisi Belçikaya böyük hesabla uduzdu

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olub. "Kinq Baudouin” stadionunda oynanılan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı şeytanlar"ın heyətində qollardan dördünü Romelu Lukaku vurub. Otuz yaşlı hücumçu 17-ci, 26-cı, 30-cu və 37-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90-cı dəqiqədə Leandro Trossard qoyub.

Azərbaycan millisi 24-cü dəqiqədə azlıqda qalıb. Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran Belçika yığması qrup lideri olub. 7 xalı olan Azərbaycan millisi isə F qrupunu 4-cü sırada tamamlayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və Estoniya yığmaları üz-üzə gələcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı