Üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşdi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, sprint üzrə qızlar arasında Fatimə Alkərəmova, oğlanlarda isə Ramil Vəlizadə turnirin qalibi oldular.

Stayer növündə oğlanlardan Süleyman İsmayılzadə, qızlardan Kseniya Voronina birinci yeri tutublar. Bu yarışda milli üzvü olan 15 yaşlı Anastasiya Boborokina ilk dəfə idman ustası normativini yerinə yetirib. Həmçinin 11 yaşlı Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər.

Yarışda fəal iştirak edən 58 könüllü və hakimlərə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikatlar verilib.

Ölkə kubokunun qalibləri ilə yanaşı, yaxşı nəticələr göstərən digər idmançılar da medal və diplomlarla təltif olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı