"Oxuya bilmir, nə səsi var, nə də abır-həyası" - Tünzaləyə sərt sözlər

"Tünzalə Ağayeva bir müğənni kimi artıq tükənib”.

Metbuat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında şair və jurnalist Anar Vəziroğlu Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq səhnə geyimlərinin sosial şəbəkədə tənqid edilməsindən danışarkən deyib.

Anar Vəziroğlu hər bir insanın tükənən vaxtının olduğunu xatırladıb:

"Müğənnilər isə tükənəndə pul xərcləmək istəmirlər. Baxırsan ki, mahnının sözlərini də musiqisini də özləri yazır və həm də oxuyurlar. Müğənnilər tükənəndə bilmirlər nə etsin, başlayırlar başqa şeylərlə özlərini gündəmdə saxlamağa. Məsələn, ədəbazlıqla, soyunmaqla və s. Vaxtı ilə Tünzalə səhnəyə necə çıxmışdı? Baş örtüyü ilə özünü izləyiciyə sevirməyi bacardı, tanıtdı. Tünzalə bu rolu o vaxt oynadı ki, rayondan təzə gəlmişdi. Amma indi baxın ona, görün rayondan gələn adamdan əsər-əlamət var? Özü də insanlara deyir ki, "beyinləri yoxdur". İzləyicini təhqir edir”.

Anar Vəziroğlu hesab edir ki, Tünzalə Ağayeva izləyicinin, cəmiyyətin qədrini bilmir:

"Belə adamlar həmişə insanlara yuxarıdan aşağı baxır, çünki özü tükənib, səsi də yoxdur, vəssalam. Deyir soyunum, camaat da baxsın. Fikirləşirəm ki, müğənni soyunursa, lap yaxşı. Onsuz da 10 milyonun qarşısında soyunursan, onda həmin paltarla çıx küçəyə. Niyə küçəyə çıxmırsan? Çünki camaatdan qorxursan. Efirdə soyunanda bilirsən ki, sənə kimsə nəsə deməyəcək, amma küçədə yavaşça üzünə tüpürəcəklər, ya da olanı əynindən çıxaracaqlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı