ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində müğənnilərin geyimi ilə bağlı mübahisə baş verib.
Metbuat.az xəbər verir ki, şair və jurnalist Anar Vəziroğlu bildirib ki, geyim insanların əxlaqını nümayiş etdirir. O, xalq artisti Tünzalə Ağayevaya açıq-saçıq geyindiyinə görə irad tutub və Tünzalə Ağayevanın artıq sənət ortaya qoya bilmədiyini ifadə edib. Aparıcı Elgiz isə əxlaqın geyimlə ölçülmədiyini ifadə edərək, sənətçilərin səhnədə açıq geyinməsini normal qarşıladığını ifadə edib.