​“Hədəfim memarlıq və dizayn sahəsində dünya şöhrətli simalarla bir sırada yer almaqdır”- Nani Jgenti

Memarlıq incəsənətlə elmin mükəmməl sintezidir. Təməlində incə sənət duran memarlıq nümunələri məhz insan təfəkkürünün və istedadının məhsuludur. Ölkəmiz əsrlər boyu bu sahədə görkəmli simalar yetişdirib. Müasir dövrdə bu sahəyə öz fəaliyyəti ilə töhfələr verən peşəkarlardan biri də memarlıq ve interyer dizayn üzrə mütəxəssis Nani Jgentidir.

Peşəkar mütəxəssis 1983-cü ildə Bakı şəhərində, memar ailəsində anadan olub. O, AZMİU-nun memarlıq fakültəsinin bakalavr və magistr pillələrini uğurla başa vurduqdan sonra özünü təkmilləşdirmək məqsədilə bir sıra xarici ölkədə müxtəlif kvalifikasiya təhsil proqramlarında iştirak edir. Memarlıq və dizayn sahəsində 20 illik təcrübəyə malik Nani Jgenti, eyni zamanda Azərbaycan Memarlar İttifaqının üzvüdür. Ustad memar Mingəçevir İstilik Elektrostansiyasının Baş Dispetçer binasının, ölkənin elektrik enerjisinin istehsal və ötürülməsini həyata keçirən Azərenerji ASC-nin baş idarəetmə, elm, tədris və laboratoriya bina kompleksinin, Azərişıq ASC-nin baş rəqəmsal mərkəzinin memarlıq və interyer dizayn layihələrinin və bir sıra digər dövlət əhəmiyyətli layihələrin müəllifidir. Onun 20 illik portfoliosuna çoxsaylı otellərin, restoranların, təhsil və idman, ticarət, iaşə və yaşayış komplekslərinin, muzeylərin, laboratoriyaların, konsert holları və villaların valehedici memarlıq və interyer layihələri daxildir.

Nani Jgenti professional komandası, eksklüzivliyi və yüksək kreativliyi ilə seçilən “Nani Zhgenti Project” şirkətinin təsisçisi və bədii rəhbəridir. 10 ildir fəaliyyət göstərən şirkət beynəlxalq otel layihələndirməsi sahəsində akkreditasiyaya layiq görülərək, dünya şöhrətli brend otellərin interyerlərini layihələndirir. Öhdəsinə götürdüyü hər işə ayrılıqda bir sənət əsəri kimi yanaşan şirkət, lüks və professional layihələndirmə, eksklüziv, xüsusi kreativ, ictimai eləcə də fərdi eksteryer və interyer dizaynı kimi layihələri həyata keçirir.

Peşəkar mütəxəssis gələcək planlarından danışarkən qeyd edir ki:

“Ən böyük hədəfim coğrafi sərhədləri aşaraq, memarlıq və dizayn sahəsində dünya şöhrətli simalarla bir sırada yer almaqdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı