Ançelotti Ardanın icarəyə göndəriləcəyi barədə iddiaya cavab verdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülerin zədələrindən sonra başqa komandaya icarəyə veriləcəyi ilə bağlı iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, İspaniya mətbuatında yer alan "Arda Gülərin icarəyə veriləcəyi" barədə xəbərə cavab verən Ançelotti "Sakit və hüzurludur. Bu qədər. Bir oyunçunun zədədən sonra təsirlənməsi normaldır. O, yenidir. Burada komandaya töhfə vermək istəyir” deyə bildirib. Karlo Ançelotti bildirib ki Ardanın gələcəyi “Real Madrid”dədir. Ançelottinin sözlərinə görə, Arda “Real”da uğurlar qazanacaq, çünki o istedadlı futbolçudur.

Qeyd edək ki, 3 dəfə zədələnən Arda Güler hələki “Real Madrid”in heyətində meydana çıxmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı