​“MədəniyyətimİZ” layihəsinin növbəti qonağı Baba Vəziroğlu olacaq

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin növbəti qonağı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu olacaq.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, tədbir 7 dekabr, saat 15:00-da Azərbaycan Dövlət Teatr Muzeyində keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilən görüşdə Azərbaycan ədəbiyyatı və şeiriyyatının inkişafı, müasir ədəbi dəyərlər kontekstində tarixi ənənələrin yaşadılması, şərq və qərbin poeziyası, eləcə də, Baba Vəziroğlunun Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs ediləcək. Tədbir müddətində həmçinin “Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyev amili”, “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu” və “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında müxtəlif musiqi nümunələri təqdim ediləcək. Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/hkrvG


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR