Levandovski ilə bağlı qərar verildi

“Barselona” rəhbərliyi Robert Levandovski ilə bağlı qərar verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı forvardla yollarını ayıracaq.

Klub rəhbərliyi yayda 36 yaşı olacaq forvardı 2023/2024 mövsümünün sonunda satmağı planlaşdırır.

Qeyd edək ki, “Barselona” Robert Levandovskini 2022-ci ilin yayında “Bavariya”dan transfer edib. Təcrübəli hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı