“Neftçi” komandası Antalyada ikinci yoxlama oyununu keçirib

“Neftçi” komandası Antalyada ikinci yoxlama oyununu keçirib
17:08 19 Yanvar 2015
116 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Bakının “Neftçi” futbol komandası Antalya hazırlığı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Klubdan AzərTAc-a bildiriblər ki, komandamız Türkiyə Superliqasında mübarizə aparan “Kayseri Ərciyəsspor” kollektivi ilə qarşılaşıb.
Oyun ərzində hər iki tərəfin fərqlənmək üçün imkanları olsa da, görüş qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, baş məşqçi Arif Əsədovun komandası bundan əvvəl Səudiyyə Ərəbistanının "Hajer" kollektivinə yoxlama oyununda 3:1 hesabı ilə qalib gəlib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_komandasi_Antalyada_ikinci_yoxlama_oyununu_kechirib-825807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR