“Beşiktaş” ulduz futbolçu ilə bağlı “Əl-Nəssr”lə razılığa gəldi

"Beşiktaş"ın prezidenti Həsən Arat Ərəbistana gedərək Anderson Taliskanın klubu "Əl-Nəssr”lə mühüm razılaşma əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Arat sosial media hesabında yazıb. O qeyd edib: “Əziz “Beşiktaş” azarkeşləri. Səudiyyə Ərəbistanına getdim və əziz dostum, “Əl-Nassr”in prezidenti cənab Musalli Əl-Muammarla görüşdüm. “Beşiktaş” və “Əl-Nəssr” klubları arasında prinsipial razılığa gəldik ki, iki klub oyunçu transferlərində bir-birinə üstünlük verməlidir”.

Türkiyə mediasının məlumatına görə, Aratın ilk hədəfi Anderson Taliskadır. Tərəflərin Taliska məsələsində də razılığa gəldiyi, lakin futbolçunun və “Əl-Nəssr”in yekun qərarını vermədiyi bildirilir.

Bu mövsüm "Əl-Nəssr" forması ilə 17 rəsmi matçda rəqib qapısını 17 dəfə silkələməyi bacaran Taliska 2 dəfə də məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı