Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq

Açıq məkanda reklamla əlaqəli süni zəka tətbiq ediləcək, “Reklama İntellektual Nəzarət Sistemi” yaradılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov məlumat verib.

Onun sözlərinə görə, reklam yerləşdirilməsinə icazə alınmasının asanlaşdırılması məqsədilə mobil tətbiq hazırlanacaq.

A.İbadov açıq məkanda mövcud reklam qurğularının “Reklam Məlumat Mərkəzi”nin hazırlanaraq reklam yayımçılarının istifadəsinə veriləcəyi barədə də danışıb: "Reklam yayımçısı həmin sistemə daxil olmaqla onu maraqlandıran ərazidə bütün mövcud reklam daşıyıcıları haqqında ətraflı məlumat almaq, istəyinə uyğun reklam daşıyıcısını seçmək və birbaşa həmin daşıyıcı üzərində reklam yerləşdirmək imkanı əldə edəcək. Bu layihənin həyata keçirilməsi reklam yayımçısının işini asanlaşdırmaqla yanaşı, həm reklam daşıyıcılarının qeydiyyatı sahəsində şəffaflığı təmin edəcək, həm də açıq məkanda reklam sahəsində fəaliyyət göstərən sahibkarların işini daha da stimullaşdıracaq”.

"Bu, şəhərlərin, kəndlərin, hətta küçələrin zahiri görünüşünün öyrənilməsi və həmin ərazilərdə yerləşdiriləcək reklam daşıyıcılarının estetik cəhətdən uyğun dizaynının hazırlanması layihəsidir. Reklam daşıyıcısının yerləşdirilməsinə icazə verilərkən həmin daşıyıcının yerləşdiriləcəyi ərazinin zahiri görünüşünə uyğun hazırlanması tövsiyə ediləcək, zəruri eskizlər təqdim ediləcək", - Dövlət Agentliyinin sədri vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı