Bakı metrosunda faciəvi hadisə - Ölən var

Bu gün "Memar Əcəmi" stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.

Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı