Kartof yeməkləri bu xəstəliyə səbəb olurmuş

"Kartof çörək, makaron, unla eyni qrupda və təsirdə olan qidadır. Bişirilmiş kartof sürətli karbohidrat mənbəyidir, orqanizmi tez enerjiləndirir və piy toxuması yaradır. 100 qram kartof yeyəndə qana qlükozanı sürətlə atır, maddələr mübadiləsi pozulur, piylənmə, insulin dirənci yaranır".

Metbuat.az bildirir ki, bunu dietoloq Mixail Ginzburq deyib. Onun sözlərinə görə, kartof yeməyi – istər püre, istər qızartmasına bağlılıq orqanizmə zərərdən başqa bir şey vermir:

"Kartof endokrin, ürək-damar sistemi üçün zərərlidir. Çox kartof yeyənlərdə şəkər, piylənmə və ürək-damar problemləri yaranır. Kartof yeyənlərdə təzyiq, damar aterosklerozu qaçılmazdır.

Kartofu həftədə 1 dəfə, qabığında yağsız bişirilmiş şəkildə yeyə bilərsiz. Kartofu qaynar yeməyin, bu zaman nişasta qana tez sovrulmayacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı