AMB 2023-cü ildə sonuncu faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə sonuncu faiz qərarını bu həftə açıqlayacaq.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin uçot faiz dərəcəsi ilə bağlı qərarı dekabrın 20-də açıqlanacaq.

Qeyd edək ki, Mərkəzi Bankın bu il ərzində uçot dərəcəsi ilə bağlı 7 iclası keçirilib, uçot dərəcəsi 9%-dək qaldırılıb. AMB yalnız sonuncu iclasında, noyabrın 1-də faiz dərəcəsini 9%-dən 8.5%-ə endirib. Mərkəzi Bank bu qərarı inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verildiyini açıqlamışdı.

Mərkəzi Bank həmçinin pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcəyini, xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacağını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı