“Vikipediyada mübahisə yaradacaq məqalələrin silinməsinə qarşıyam” - Elnur Eltürk

Dünyada ilkin məlumat mənbəyi kimi geniş şəkildə istifadə istinad edilən "Vikipediya" şəbəkəsindən ölkəmizdə yararlananların sayı çoxdur. Son illər bu sahədə kifayət qədər inkişaf yönümlü addımlar atılıb.

Metbuat.az mövzu ilə bağlı Vikipediyaüzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:


Elnur bəy, son illərdə Azərbaycanda Vikipediya sahəsində inkişaf hiss olunur. Şəbəkənin auditoriyasının genişlənməsi əsasən də gənclərin bu sahəyə maraq göstərməsi qane edirmi?

Düzgün olaraq qeyd edirsiniz. Bəli, Azərbaycanda Vikipediya”da məqalə yaratmağa və onu zənginləşdirməyə böyük maraq yaranıb. İnkişaf özünü yaradılan məqalələrin həm keyfiyyətində, həm də kəmiyyətində göstərir. Keçirilən təlimlər, düşərgələrin təşkili ölkədə Vikipediya”nın gənclər arasında populyarlaşmasına gətirib çıxarır. Əvvəllər vəziyyət o qədər qaneedici deyildi. Bu gün fərqli mənzərəni müşahidə edirik.

Yəqin ki, bir çoxları üçün bu sualın cavabı maraqlı olardı. “Vikipediyaməqalələri necə qurulur? Bunun üçün xüsusi tələb, qaydalar varmı?

Vikipediya”da məqalə yaratmaq elə çətin deyil. Məqalə yaratmaq haqqında qaydaları bilmək kifayət edir. Bunun üçünYoutubekanalında Mərkəzi Elmi Kitabxananın əməkdaşı Günay Məmmədovanın hazırladığı dərslər var. Eyni zamanda peşəkar təlimçilər tərəfindən könüllülərə məqalələrin yaradılması ümumu qaydalar haqqında təlimlər keçirilir. Vikipediya açıq azad ensiklopediyadır. Hər kəsin redaktə edə biləcəyi plaftormadır. Ümumiyyətlə,Vikipediya”nın fəlsəfəsi buna söykənir. “Vikipediyabiliklərin, dünyagörüşün bölüşməsi üçün unikal virtual məkandır. ”Vikipediya”da fəaliyyət göstərən insanın dünyagörüşünün, intellektual səviyyəsinin inkişafı mütləqdir.

Elnur bəy, “Vikipediya hansı mövzuları maraqlı hesab edir?

Hər bir könüllü öz maraqlandığı sahələrə aid məqalələr yaradır. Ancaq məqalələrin yaradılmasında könüllülər sərbəstdir. Mövzulu aylar olur. Bu zaman bir mövzu ətrafında onlarla məqalələr yaradılır. Ən çox məqalə yaradan könüllüVikipediyaicması tərəfindən hansısa hədiyyə ilə mükafalandırılır. Bunun özü Vikipediya”nın inkişafına böyük təsir göstərir.

Vikipediyaşəbəkəsində Azərbaycan seqmentindən daha çox türk rus dilindəolan məlumatlar daha geniş məzmun baxımdan əhatəlidir. Bunun səbəbləri nədir?Dünyaya yayılması, tələbat faktoru yoxda bu sahədə informasiya qıtlığımız var?

Türkiyə Rusiya dünyada böyük dövlətlər hesab edilirlər. Nəzərə almaq lazımdır ki, dünyada Türkiyə türkcəsində danışan insanların sayı 100 milyonu keçir. Biz bura 300 milyondan çox Türk dünyasına nəzərə alarsaq, ortaya böyük rəqəm çıxır. Eyni zamanda bunu rus dilinə şamil edə bilərik. Biz çalışıb Vikipediya”nın xarici dili bölmələrində Azərbaycanla bağlı məqalələrin sayını artmasına nail olmalıyıq. Son illər Azərbaycan dili bölməsində məzmunlu, keyfiyyətli, ətraflı məqalələr yaradılır. Bu gün Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-yüksəlib.


Müxtəlif vaxtlarda Vikipediya məlumatlarının silinməsi ilə bağlı narazılıqlar olub. Hazırda isə bəzi ictimai fəal şəxslər tərəfindən onlarınVikipediya”da mövcud olan səhifələrinin silinməsi şikayətlərini eşidirik. Hansı hallarda məqalə ya səhifə silinə bilər?

Vaxtım olduqca, bununla bağlı mətbuatda, sosial şəbəkələrdə gedən müzakiələri izləyirəm. “Vikipediya”nın qaydalarına görə ensiklopedik qaydalara cavab verməyən məqalələr silinir. Ya birbaşa, ya da müzakirə yolu ilə. Mən özüm mübahisə yaradacaq məqalələrin silinməsinə qarşıyam. Həmin məqalələri etibarlı istinadlarla zənginləşdirib saxlamaq da olar. Təəssüf ki, məqalələr silinir. Bu kimi hallar cəmiyyətdə böyük müzakirələrə səbəb olur.

Dövlət Vikipediyanın inkişafı üçün maraqlı təşəbbüslərə dəstək olurmu?

Azərbaycan Vikimedia Könüllüləriİctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunan layihələr dəstəklənib. hv etmirəm, bir neçə layihəni icra ediblər. Bu barədə mətbuatda yetərincə məlumat var.Vikipediya”nın fəlsəfə və qaydalarına zidd olmamaqla, ölkə bu şəbəkənin inkişafı dəstəklənməlidir. İllərdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təlimlər keçilir. Son bir neçə ay ərzin AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin təşkilatçılığı i AMEA institutlarının əməkdaşları könüllü sürətdə təlimlərdə iştirak edirlər. Onlar tərəfindən məzmunlu, etibarlı istinadlarla zəngiləşdirilən məqalələr yaradılır. Gənclər İdman Nazirliyi Azərbaycan Vikimediaçılarıistifadəçi qrupunun təşəbbüsü ilə birlikdəGənc vikipediyaçıların düşərgələrininkeçirilməsi layihəsinə dəstəkdir. Millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılanQorqudVikipediya Metodik Klubunun ekspertləri Azərbaycan xarici dili bölmələrində keyfiyyətli ortaya qoyurlar.Qeyd etmək istərdim ki, “Vikipediya” virtual plaftorması dünyaya çıxışımızı üçün yaxşı imkandır.Vikipediyadünyada ən çox izlənilən və müraciət olunan internet resursudur.

Müsahibə üçün təşəkkür edirik.

Çox sağ olun, uğurlar arzu edirəm.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı