Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

***

Məsələ ilə bağlı Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovla əlaqə saxladıq. Palata sədri saytımıza bildirdi ki, barələrində cinayət işi başlanılan şəxslər vəzifələrindən kənarlaşdırılıblar. V.Novruzovun sözlərinə görə, özü istintaqa ifadə verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı