Azərbaycanda informasiya prosesləri media savadlılığının artmasına imkan yaradıb - Əhməd İsmayılov

Hazırda informasiya və informasiya-kommunikasiya prosesləri Azərbaycanda həmçinin, media savadlılığının artmasına imkan yaradıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

"Tədbirimiz həmçinin, media savadlılığı ilə əlaqəli ən yaxşı elmi tədbirlərdən biridir və bu tədbir çərçivəsində ilk dəfə media savadlılığı üzrə regional platformanın təqdimatı keçirilib. Fikrimizcə, gənclərimiz və cəmiyyət informasiya mənbələrinin və obyektiv informasiyanın axtarışı, öyrənilməsi və informasiyanın istifadəsinin lazımi metodlarını mənimsəməlidir.

Onlar bütün bunları platforma vasitəsilə asanlıqla əldə edə bilərlər. Gələcəkdə məhz dezinformasiya, saxta xəbərlərlər mübarizə metodu olaraq bu platformanın imkanları genişləndiriləcək və bununla əlaqədar olaraq ətraflı açıqlamalar veriləcək", - o deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı