Fələstin xristianları Milad bayramını qeyd etməyəcək

HƏMAS Fələstindəki xristianların bu il Milad bayramını qeyd etməmə qərarı ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, HƏMAS builki bayramları yalnız dini ayinlərlə məhdudlaşdıran və Qəzza əhalisinin yanında olan fələstinli xristianların şərəfli mövqeyini yüksək qiymətləndirir. Bəyanatda vurğulanıb ki, xristianların Milad bayramını qeyd etməmək qərarı Fələstin xalqının bütün müsəlman-xristian ünsürlərinin öz kimliklərini, müqəddəs dəyərlərini və torpaqlarına sədaqətini qorumaqda həmrəy olduqlarının əyani göstəricisidir.

Qeyd edək ki, Fələstin ərazilərindəki xristian icmaları həmrəylik mesajında Qəzzaya edilən hücumlara görə yolkanın işıqlandırılması da daxil olmaqla, bütün Milad bayramlarının ləğv edildiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı