Rekord qıracaq müdafiəçi transferi - 100 milyon tələb edirlər

“Çelsi” klubu rezonans doğuracaq transferə hazırlaşır.

Metbuat.az xəbər verir ki, çempionluq yarışından uzaq qalan "Çelsi" yenidən iddialı komanda olmaq üçün fəaliyyətə başlayıb. “Evening Standard”ın xəbərinə görə, "Çelsi" Lissabon "Sportinq"ində çıxış edən 20 yaşlı müdafiəçi Ousmane Diomandeni heyətinə qatmaq üçün hərəkətə keçib. Bildirilir ki, “Sportinq Lissabon” Ousmane Diomande üçün “Çelsi”dən 100 milyon dollara yaxın pul tələb edib.

Bu məbləğ futbolçunun sərbəst qalma məbləğidir. Bildirilir ki,Fil Dişi Sahilindən olan 20 yaşlı Ousmane Diomandeni transfer etmək üçün bir çox komandalar o cümlədən “Mançester Yunayted” və “Liverpul” kimi komandalar hərəkətə keçib. Bu mövsüm “Sporting Lissabon”da 20 rəsmi oyuna çıxan Ousmane Diomande bu matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı