UEFA-nın beli qırıldı - 15 milyardlıq həmlə

Avropa Superliqası layihəsinin ilk büdcəsi açıqlanıb.

Metbuat.az xəbər verir ki, layihənin ilk 3 illik mövsüm üçün büdcəsi 15 milyard avro olacaq. Bildirilir ki, bu büdcə avropalı və amerikalı investorlardan alınacaq dəstək ilə formalaşdırılacaq.

Qeyd edək ki, Avropa Ədalət Məhkəməsi UEFA-nın futbol turnirlərinin təşkilində söz sahibi olmadığı ilə bağlı qərar verib. Avropa Məhkəməsi qərara alıb ki, nə UEFA, nə də FİFA Avropa Superliqası kimi alternativ yarışlarda iştirak edən klublara sanksiya tətbiq edə bilər. Avropa İttifaqı Ədalət Məhkəməsi bunun UEFA və FİFA-nın hakimiyyətdən sui-istifadəsi olduğunu bəyan edib.

Bununla da, qitə futbol qurumu Avropa Super Liqasının fəaliyyətinə mane ola bilməyəcək və bu turnir qanuni olaraq yaradılır. “Barselona” və “Real Madrid” layihənin yaradıcı klublarından hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı