​“Qalatasaray”dan sürpriz həmlə - “Mançester Siti”nin ulduzunu alır

“Qalatasaray” “Mançester Siti”nin istedadlı ulduz futbolçusu Serxio Qomez üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Mançester Siti”də əsas heyətdə yer almaqda çətinlik çəkən sol cinah müdafiəçisi klubdan ayrıla bilər. Serxio Qomezin Qvardiol və Natan Akedən geri qaldığı bildirilir. Serxio Qomez bu mövsüm 8 matçda cəmi 268 dəqiqə oynayıb. Bu matçlarda futbolçu 1 məhsuldar ötürmə edib. Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” Serxio Qomezi mövsümün əvvəlində “Leypsiq”dən icarəyə götürdüyü Ancelinonun əvəzinə transfer etmək istəyir.

“Qalatasaray” Ancelino ilə yollarını ayırmaq qərarına gəlib. Bildirilir ki, Ancelino “Qalatasaray”da bu mövsüm 19 matçda iştirak edib. O daha bir neçə oyun heyətdə yer alarsa, razılaşmaya əsasən “Qalatasaray” futbolçunu transfer etməlidir. “Qalatasaray” isə futbolçunun icarə əsasında oynamasını istəyir və birdəfəlik transfer etməyə razı deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı