Azərbaycanda 7 idmançıya bu səbəbə görə sanksiya tətbiq edildi

Cari ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 54 məsələ barədə araşdırma aparıb. Bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından 3-ü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış testdir.

Bu barədə Metbuat.az-a AMADA-dan məlumat verilib.

Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və hazırda milli test proqramı ilin sonunadək davam edəcək. Milli test proqramının yekun sayı cari il dekabrın 30-da müəyyənləşəcək. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edir. 35 milli yarışda test etmə keçirilib, 11 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 96,4 faizi Bakıda, 1,6 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edir.

2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan 5-i idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın triatlon növündə 3, boksda, pauerliftinqdə, kikboksinq və cüdoda 1 qayda pozuntusuna rast gəlinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı