Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir. Özü kimi suyu da minbir dərdin dərmanıdır.
Metbuat.az xəbər verir ki, sağlamolun.az bu dəfə kartof suyunun faydalarını araşdırıb:
- Sidik turşusunun səviyyəsini azaldır.
- Artrit və podaqra kimi iltihabın qarşısını alır.
- Oynaqlarda və beldə ağrıları azaldır.
- Qan dövranını yaxşılaşdırır.
Dərini təmizləyir:
Yerli olaraq tətbiq edildikdə qıcıqlanma və iltihabı sakitləşdirir.
Sızanaq və ya ekzema kimi problemləri müalicə edir.
Qaraciyəri təmizləyir:
Qaraciyəri zərərsizləşdirən və onun funksiyasını yaxşılaşdıran, həmçinin öd kisəsinin fəaliyyətini yaxşılaşdıran güclü detoksifikasiya agentidir.
Xoraları müalicə edir:
Yeməkdən 30 dəqiqə əvvəl su ilə durulaşdırılmış 1 xörək qaşığı kartof suyu için.
Hazırlanma qaydası:
Bir neçə orta ölçülü kartofu yuyun və qabığını soyub şirəsini çəkin. Şirəni ayırmaq üçün kətan parçadan süzün.
Bir stəkana tökün və şirəni təzə için. Dadı yaxşılaşdırmaq üçün kök, alma və ya limon suyu ilə qarışdırın.