Əməkdar artist, tanınmış müğənni Aygün Hümmətovanın ölüm xəbəri yayılıb.
Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən məlumatın həqiqətə uyğun olmadığı bildirilib. Qeyd edilib ki, Aygün Bəylər hazırda Ankarada süni nəfəs aparatına qoşulub.
***
Əməkdar artist, tanınmış müğənni Aygün Hümmətova (Bəylər) dünyasını dəyişib.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
Onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov məlumatı təsdiqləyib.
“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər” - deyə, aktyor əlavə edib.
“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı” mahnısı ilə məşhurlaşıb.
Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.