“Fənərbaxça”da transfer hərəkatı - Keçmiş “Bavariya”lı gəlir

“Fənərbaxça” Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Korentin Tolissonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Türkiyə klubu 29 yaşlı Tolisso üçün 5 milyon avro ödəməyə hazırdır. Bu mövsüm Tolisso Fransa çempionatında 12 oyun keçirib və 1 qol vurub. Korentin “Lion” akademiyasının yetirməsidir və 2013-cü ildən komandada çıxış edir. 2017-ci ildə yarımmüdafiəçi “Bavariya”ya keçsə də, bir neçə ildən sonra yenidən “Lion”a qayıdıb. 29 yaşlı futbolçunun “Lion”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

“Transfermarkt” internet portalı Tolissonun bazar dəyərini 5 milyon avro qiymətləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı